» » Rəmişin toylarını əlindən aldılar


"O vaxtlar Moskvanın soyuğu məni pis etmişdi. Hazırda müalicə alıram. Tam düzəlməsəm də, bir az yaxşıyam".

Bu sözləri Xalq artisti Rafiq Hüseynov (Rəmiş) "ATV maqazin onlarla" verilişində deyib. Tənginəfəslikdən əziyyət çəkən gitara ifaçısı hazırda səhhətinin bir az yaxşılaşdığını söyləyib.

Rəmiş toylarının olmamasından gileylənib. O bildirib ki, sənət dostları onun toylarına mane olur:

"Bir vaxtlar gündə dörd toya gedirdim. İndi mənim toylarıma mane olurlar. Cavanlar at oynadır, bizim toya getməyimiz mümkün deyil. Toya məni istəyən olanda, yerimi demirlər, telefon nömrəmi vermirlər. Mədəniyyətlə sənət tərəzidə bir gəlməlidir. Küçəyə çıxanda balaca uşaq da məni tanıyır".