» » Yollarda sürət həddi endirildi


Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

starxeber.az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.



Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.