» » Nazirlikdən Rəfael Dadaşovla bağlı -


Səhiyyə Nazirliyi Xalq artisti Rafael Dadaşovun səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan starxeber.az-a daxil olan məlumata görə, Xalq artisti dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.