Xalq artisti Röya Ayxanın İTV-də yayımlanan “3D” proqramında Brilliant Dadaşova barədə işlətdiyi fikirlər qalmaqala səbəb olmuşdu.
starxeber.az xəbər verir ki, Brilliant Dadaşova isə Röyanın bu sözlərindən məyus olduğunu dilə gətirmişdi.
Sənətçi bununla bağlı açıqlama yayaraq, B.Dadaşovanı incitmək istəmədiyini dilə gətirib:
“Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi il onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”.