закрыть
Test

Test2

Hacı Zeynalabdin Bələdiyyəsinin təşəbbüsü ilə bir həyət abadlaşdırıldı –  FOTO

Sosial 09-dek, 11:14 41
Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədovun təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

STARXEBER.AZ xəbər verir ki, yenilənmiş həyət Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi S.Bəhlulzadə küçəsi ünvanında 800 nəfər sakinin yaşadığı binaları əhatə edir.

Burada asfalt örtüyü salınıb, oturacaqlar qoyulub, ağaclar əkilib, uşaqlar üçün müxtəlif növ əyləncələr quraşdırılıb.

“Bizim həyət” layihəsinin əsas məqsədi Hacı Zeynalabdin həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, qəsəbə ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Hacı Zeynalabdin qəsəbəsində sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdir
Oxşar xəbərlər

SON XƏBƏRLƏR