» » “Yaxşı ana deyiləm” -


Müğənni Elnarə Xəlilova AzTV-də yayımlanan “Telesəhər Ell və Nikki ilə” verilişinin qonağı olub.

İfaçı proqram zamanı müğənnilik fəaliyyəti və ana olması barədə danışıb.

Sənətçi bildirib ki, hər iki tərəfi balanslaşdırmaq üçün çox əziyyət çəkir:


“Ana olmaqla, müğənni olmaq çox çətin məsələdir. Hərdən özümü qınayıram ki,  yaxşı ana deyiləm, vaxtımı daha çox işə həsr edirəm. Onların üzünü görmürəm. Çalışıram ki, tərəzini saxlayım. Hərdən məcburən 3-4 saat yatıram. Hər gün 7-nin yarısı oyanıram. Guya, şənbə-bazar günləri istirahət edirəm”.


Qeyd edək ki, sənətçinin dörd övladı var.



Axşam.az