» » Xoşqədəm Hidayətqızı Naziləni cəzalandırdı -


Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi nəhayət ki, başa çatıb.
"Məhkəmənin qətnaməsinə görə Nazilə xanım həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir".

starxeber.az xəbər verir ki, bu sözləri Bizimyol.info-ya Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev bildirib. O eyni zamand qeyd edib ki, şairə İsa Şükürovla müştərək qaydada 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməlidir".

"Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir: Nizami rayon Məhkəməsinin qətnaməsi ilə Nazilə Səfərli və İsa Şükürova qarşı iddiamız təmin edilmişdi.Həmin qərardan jurnalist İsa Şükürov apelyasiya şikayəti verməmişdi. O, məhkəmənin qərarı ilə razılaşmışdı. Amma şairə Nazilə Səfərli həmin qərardan narazı qalmışdı və apelyasiya şikayəti vermişdi.Həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 14 iyun 2019-cu il qətnaməsi ilə Nazilə Səfərlinin apelyasiya şikayətini rədd etdi və həmin qətnaməni dəyişdirmədən qüvvədə saxladı.Məhkəmənin qətnaməsinə görə Nazilə xanım həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir, eyni zamanda İsa Şükürovla müştərək qaydada 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməlidir.

Vəkil qeyd edib ki, onlar məhkəməyə şairə Nazilə Səfərlinin (Cəfərova) bir sıra saytlarda "Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün", eyni zamanda özünün istifadə etdiyi instaqram sosial şəbəkəsində Xoşqədəm Hidayəqqızının efirdə dediyi fikirləri təhrif edərək "Xoşqədəm dövlətin əleyhinə gedir", "Xoşqədəmin sözüylə belə çıxır ki, hamının arvadı boşanıb varlı kişi axtarmalıdır", "Xoşqədəm verilişin adını dəyişib "axırıncı yol" qoysun" başlıqlı açıqlamaları ilə bağlı müraciət edib.

Nəticədə məhkəmədə bu ifadələrin təhqir və böhtan olduğu, ekspertizanın verdiyi rəylə həmin sözlərin təhqir və böhtan xarakterli şərəf və ləyaqətə xələl gətirən ifadələr olduğu məlum olub. Bu əsasla Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyevin çıxardığı qətnamə ilə Xoşqədəm Hidayətqızının xeyrinə qərar verilib. Tahir Əlirzayev bildirib ki, teleaparıcı şairə Nazilənin ödəyəcəyi təzminatı kimsəsiz bir şəxsə bəxş edəcək.

Xatırladaq ki, tərəflər arasında qalmaqal Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan verilişinə Nazilə Səfərlinin keçmiş qardaşı arvadını dəvət etməsilə başlamışdı.
Şairə Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə bu proqramdan sonra intihara cəhd etmişdi. O, Nazilə Səfərlinin onun yaşamasına mane olduğunu, ondan əl çəkməsini istəyib: "Nazilə, sən və ailən məni rahat buraxın. Məni məcbur etməyin ki, intihar edim. Məndən əl çəkin, imkan verin, uşaqlarımla yaşayım. Mənim başıma bir hadisə gəlsə, bunun səbəbkarı siz olacaqsız. Rahat buraxın məni".