» » “Deyirdilər ki, klipə çəkilib deyə zəif oynayır” -


“Təklif gəldi ki, çəkilim. Hansısa bir futbolçunun tanınmış müğənnimizin klipində rol alması olmamışdı”.

starxeber.az xəbər verir ki, bu sözləri “Neftçi” futbol klubunun yarımmüdafiəçisi Ruslan Abışov AzTV-də yayımlanan “Telesəhər Ell və Nikki ilə” verilişində deyib.

O, müğənni Sevda Yahyayevanın iki klipində aktyor kimi özünü sınamasından söz açıb:

“İki klipə çəkilmişəm. Qardaşımla Sevdanın prodüseri danışmışdılar. İdman sahəsində ajiotaj oldu. Hansı oyunu pis oynayırdımsa, deyirdilər ki, klipə çəkilib deyə belədir – zəif oynayır”.