» » Umayra Tağıyeva: Azərbaycanda hava anomal keçir


Azərbaycanda hava anomal isti keçir. Qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir.  

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə bildirib.



Onun sözlərinə görə, havanın orta temperaturu çoxillik normadan 3-4 dərəcə yuxarı olub:

"Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub.

Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın (76-115%) olub”, - deyə U.Tağıyeva qeyd edib.
 
///Oxu.Az