» » Şəbnəm yenə də “həci”nin üzünü göstərmədi -


Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə müzakirələrə səbəb olan paylaşım edib.

starxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi instaqram səhifəsində həyat yoldaşı Hacı Ramil, qızı Günel və oğlu Əlinin yer aldığı foto yayıb. 
 

Maraqlısı odur ki, sənətçi özü istisna olmaqla digər ailə üzvlərinin üzünü gizlədib. 

Bu isə instaqram istifadəçilərinin xoşuna gəlməyib. O, tənqidlərin qarşısını almaq üçün şərh bölməsini bağlayıb.