» » Roza Qazaxıstanda təltif edildi -


Müğənni Roza Zərgərli Qazaxıstanda  “Qazaq Awards” mükafatına layiq  görülüb.

starxeber.az xəbər verir ki, ifaçı “Almatı” arenanın səhnəsində “Hipnoz” mahnısını oxuyub. Zərgərli “Avroasiyanın yaxşı ifaçısı” nominasiyasında təltif olunub.

Qeyd edək ki, mükafatlandırma mərasimində türkdilli ölkələrin ən parlaq ulduzları çıxış edib.

Tədbir zamanı Roza adaşı, müğənni Roza Rımbayeva ilə görüşüb. O, həmkarına “Mənə bu adı sizin şərəfinizə qoyublar” deyib.