» » “28 Mall”da çek olmadan tualetdən istifadə etmək olmaz? -


Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) "28 Mall” ticarət mərkəzində ayaqyolundan istifadə üçün xüsusi kod lazım olduğu haqda video paylaşıb.
 
O bildirib ki, əgər kodun varsa, orada olan ayaqyolundan istifadə edə bilərsən: "Dünyanın heç bir yerində belə şey yoxdur. "28 Mall”da əgər kodun yoxdursa, ayaqyolundan istifadə edə bilməzsən."

 
starxeber.az xəbər verir ki, Bu haqqda AZXEBER.COM mövzu ilə bağlı "28 Mall” ticarət mərkəzinin marketinq meneceri Nuranə İskəndərova ilə əlaqə saxlayıb.

O açıqlamasında bildirib ki, bu irad ticarət mərkəzinin tualetlərinə aid deyil.
 
"Bu absurddur və biz belə bir addım atmarıq. Bu məsələnin "28 Mall” ticarət mərkəzində yerləşən ayaqyollarına heç bir aidiyyatı yoxdur. Biz ticarət obyekti olaraq yalnız ticarətlə məşğuluq. Bizim mənfi birinci mərtəbədən 3-cü mərtəbəyə qədər olan bütün ayaqyolları hamının üzünə açıqdır. Yalnız 4-cü mərtəbədə yerləşən ayaqyolundan başqa. Bunun da səbəbi bizim oranı icarəyə verməyimizdir. Orada "Cinema plus” yerləşir və bu qaydalar onların daxili qaydalarıdır. Bu qaydalar artıq keçən ilin sonundan tətbiq edilir”.

Tolikin sosial şəbəkədə geniş yayılan videosunu təqdim edirik:
 
Günel Hüseynli