» » Ebru Gündeş 25 milyonluq villasından köçür


Müğənni Ebru Gündeş İstanbulun Kanlıca ərazisində yerləşən əkiz villalarından köçür.

Bu barədə “Kanal D”də yayımlanan “İkinci sayfa” verilişində məlumat verilib.

Bildirilir ki, 180 dərəcə Boğaz mənzərəli villada 9 yaşlı qızı Alara ilə yaşayan sənətçi başqa bir səmtə köçəcək.



İllər öncə 25 milyon lirəyə (təxminən, 7 milyon 211 min manat) alınan villanı boşaltmağa hazırlaşan ifaçı Kemerburqaz ərazisində yaşamaq niyyətindədir. E.Gündeşin meşəlik ərazidə yerləşən yeni villasının dəyəri isə 13 milyon lirədir (təxminən, 3 milyon 750 min manat).



Qeyd edək ki, əkiz villalara görə Reza Zərrab və Ebru Gündeş Mədəniyyət abidələrini qoruma dərnəyi tərəfindən məhkəməyə verilmişdi. İddia edilirdi ki, onlar evi təmir etmək və bir sıra dəyişiklik etməklə qanunları pozublar. Sənətçi isə haqqında iddiaları rədd edərək təmir işləri ilə həyat yoldaşının maraqlandığını bildirmişdi.



Axsam.az