» » 1 milyon insanın seçimi "Elə bilirdim" oldu -


Xalq artisti Röya Ayxan rekorda imza atıb.

starxeber.az xəbər verir ki, onun “Elə Bilirdim” adlı klipi “Youtube” video portalında 1 milyondan çox  izlənmə sayı toplayıb.


İfaçının klipi hostinqə ötən ilin noyabrın 29-da yüklənib. O, bu baxış sayını 1 ay müddətində toplayıb.

Qeyd edək ki, “Elə bilirdim”in sözləri Leyli Erola, musiqisi və aranjimanı Hakan Erola məxsusdur. Klipin ekran həlli rejissor Fərhad Əliyə həvalə olunub. Bu ikilinin birgə ilk işi deyil.  Müğənninin imici və makiyajı üzərində stilist Elnur Həsənov çalışıb. Mahnının səsyazma işləri Türkiyədə  həyata keçirilib. Studiyanın səs rejissoru Türkiyənin məşhur musiqiçisi Emrah Moğulkoçdur. Emrah Sibel Can, Hakan Altun, Demet Akalın, Ebru Yaşar kimi müğənnilərlə çalışıb.