» » AZAL ABŞ-a uçuşları dayandırdı


"Azərbaycan Hava Yolları” QSC (AZAL) fevralda Bakıdan ABŞ-ın Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək.

starxeber.az xəbər verir ki, bu barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından APA-ya bildirilib.

Məlumata görə, fasiləyə səbəb bu istiqamətdə aviareysə tələbatın az olmasıdır.

ABŞ-a uçuşlar martdan bərpa ediləcək.