» » "New York Fashion Week"də Hakan Akkaya rüzgarı


Türkiyəli modelyer dizayner Hakan Akkaya Nyu-York Moda Həftəsi çərçivəsində geyimlərini nümayiş etdirib. 

starxeber.az xəbər verir ki, bu dəfə o özü kolleksiyasını “Justice” adlandırıb. Podiuma Çağla Şikel baş maniken olaraq çıxıb.

Ümumilikdə kolleksiyanı 46 əcnəbi model nümayiş etdirib. "Justice" adlı kolleksiyada 2020-2021-ci ilər yaz-qış geyimləri nümayiş edilib. Nümayiş Nyu-Yorkda böyük marağa səbəb olub və böyük kütlə tərəfindən izlənilib.  

Xatırladaq ki, H.Akkayanın "Hang by Hakan Akkaya" markası Lea Robinson, Veronica Vega, Cher, Pink kimi dünya ulduzlarının seçimidir.