» » «Spirit of Caucasus» dünyaya səs saldı


Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanovun Almaniyada yeni albomu işıq üzü görüb.

starxeber.az-ın məlumatına görə,  «Spirit of Caucasus» (Qafqazın ruhu)  adlanan albom Suite music Entertainment und Musikproduktion musiqi şirkətinin imzası ilə çıxıb. 

Alboma ifaçının oxuduğu Azərbaycanın dünya şöhrətli bəstəkarların əsərlərin 14 müxtəlif versiyası daxildir. 
Seyran İsmayılxanov bildirib ki, bu diskin Almaniya ilə yanaşı, başqa ölkələrdə də satışı olacaq.

Qeyd edək ki,  Seyran İsmayılxanov 2005-ci ildən etibarən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqə, festival və konsertlərdə iştirak edib. Hazırda o, Almaniyanın dünyaca nüfuzlu "The Voice" ("Səs") layihəsinin iştirakçısıdır.