» » SON DƏQİQƏ - Azərbaycanda yenə zəlzələ baş verdi


Azərbaycanda yenidən zəlzələ baş verib.


starxeber.az xəbər verir ki, bu bardə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.


Yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.


Bildirilib ki, yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.


Zəlzələ hiss olunmayıb.


***09:03


Bu gün Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən starxeber.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:05-də qeydə alınıb.


Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.