» » Liam Peyn milyonerin qızından ayrıldı


“One Direction” qrupunun solisti Liam Peyn gənc model Maya Henridən ayrılıb.

starxeber.az  xəbər verir ki, ötən ilin avqustunda münasibətə başlayan cütlük yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, 19 yaşlı Maya amerikalı milyoner vəkil Tomas Henrinin qızıdır.

Liam Peyn isə bundan əvvəl supermodel Naomi Kempbell ilə sevgili olub.