» » Hacı Nuran Almaniyada xəstəxanaya yerləşdirilib


Aparıcı Hacı Nuran Hüseynov yenidən Almaniyaya yollanıb.

starxeber.az xəbər verir ki, səhhətində problem yaşanan aparıcı bir neçə gündür orada müayinə olunur.

Hacı Nuran sosial şəbəkədə paylaşım edərək, Azərbaycan üçün darıxdığını vurğulayıb:

"Soyuq Almaniyada vətən həsrəti insanı daha kövrək edir. Harada oluramsa-olum mənim üçün Bakıdan, Azərbaycandan doğma, gözəl yer yoxdur".

Qeyd edək ki, Hacı Nuran xərçəngdən əziyyət çəkir.