» » "Artıq Natavanla rəfiqə deyilik" -


Rəqqasə Oksana Rəsulova prodüser Tarix Əliyevin (Tolik) "Tolik ilə səmimi" "Youtube" layihəsində qonaq olub.

Tolik Oksana ilə müğənni Natavan Həbibi arasındakı inciklikdən bəhs edib. Rəqqasə illər əvvəl küsmələrinin səbəbini açıqlayıb:

"Natavan bu yaxınlarda müsahibə verib, məndən danışıb. Deyib ki, guya, mən Toliklə Natavana yox, Elşad Xoseyə görə küsülüyəm. Deyib ki, bizim aramızda "Maşın" şouda yaşananlar bunun səbəbidir. Yox, 2010-cu ildə şoudan sonra Tolik, sənlə yaxın dostluq edirdik. Üç il bizim dostluğumuz çəkdi. 2013-cü ildə bir status paylaşmışdım: Natavanın dostu dostum, düşməni düşmənimdir. Sən də bu statusdan sonra məni İnstaqramda qara siyahıya atdın.

Natavanla sən barışanda isə pis oldum. Biz onunla yaxın rəfiqə idik, dərdimizi bölüşürdük, hər zaman onun tərəfində olmuşam. Pis oldum ki, niyə barışığı mən bilmirəm. Bunu mənimlə paylaşmalı idi. Mən özüm başqa yerdən öyrəndim və incidim. Hətta ona dedim ki, Toliklə barışacam, amma səninlə yox".

Oksana Natavanın toyuna qatılmamağının səbəbini də açıqlayıb:

"Natavan toyuna çağırdı, amma övladım yeni doğulmuşdu deyə gedə bilmədim. Mənim ad günümdə isə Natavan gəldi, biz barışdıq. Mən də onun övladının xeyir işinə qatılacam.
Niyə Natavanın müsahibəsində mənim adım hallanırdı? Bunu başa düşmədim.

İndi Natavanla yaxın rəfiqəliyimiz yoxdur. Şou-biznes nümayəndəsidir, xanımdır, aramızda ancaq "salam-sağ ol" qalıb".

Qeyd edək ki, Natavan Oksana haqda "Onunla aramız Tolikə görə dəyib. Amma davaları mənə görə deyildi. Məndən öncə “Maşın” şouda Elşad Xoseyə görə dalaşmışdılar. Xəbərim yox idi. Oksana demişdi ki, Tolik sənə görə məni söyüb. Biz Toliklə Bakıya gəldik. Bir həftə sonra Tolikə Dağıstanda fəxri ad verdilər. Bir də gördüm ki, Tolik üstümə qaçır. Bax, gör mənə kim yazıb? Baxıram ki, Oksana onu təbrik edib. Halbuki mənimlə elə dava etdi, elə qışqırdı ki, mən də Tolikə dedim ki, üzr istəmə. Tolik səninlə barışmalıydı. Oksana, sən Tolikə yazmamalı idin. Belə qürurlu qız idinsə, niyə yazırdın, təbrik edirdin?" sözlərini deyib.

///axsam.az