» » İsa Şükürov koronavirusa yoluxdu


ARB  telekanalında yayımlanan “Show News” verlişin layihə rəhbəri, aparıcısı və tanınmış jurnalist İsa Şükürov koronavirusa yoluxub.

starxeber.az xəbər verir ki, bu barədə məlumatı təcrübəli jurnalistin özü şəxsi instaqram hesabında paylaşıb.

“Haqqınızı halal edin! ‪Kədərlənərək qeyd edəcəm ki, bu gün #Covid-19 #KoronaVirus testi etdirdim və 6 saatdan sonra pozitiv olduğu bildirildi. 

‪İndi artıq xəstəxanada karantin altındayam, əlbəttə çalışacam mümkün qədər tez-tez vəziyyətim ilə bağlı narahat olanları məlumatlandırım. 

Bəlkə uzun bir müddət sizinlə bərabər ola bilməyəcəm. Mən özümü qoruya bilmədim. Siz qoruyun! ” deyə, İsa bildirib.