» » Pərviz "Survivor"da yenə dava etdi -


Acun Ilıcalının TV8-də yayımlanan "Survivor 2020" yarışmasında dava düşüb.

Yarışmada yer alan azərbaycanlı kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) digər iştirakçı Burakla mübahisə edib.

Pərviz, Sercan və Burak, Yasin yemək mükafatını qazanmaq üçün basketbol oynayıb. Yarışma zamanı Pərviz Burakla söz savaşına çıxıb. Burak idmançının qaydaları pozduğunu deyib. Bu isə Pərvizi özündən çıxarıb.

Mübarizə zamanı Burak yerə yıxılıb, Pərviz isə onun dizini tapdalayıb. Qaydaları pozduğu üçün idmançı oyundan kənarlaşdırılıb.

Acun Pərvizə xəbərdarlıq edib. İdmançı Burakdan üzr istəyib.

///axsam.az