» » İnstagram-da yeni layihə


Bəstəkar-müğəni Pərviz Mahmudov yeni instagram layihəsini təqdim edib.


starxeber.az  xəbər verir ki, bəstəkar "ev qal" prinsipinə sadiq qalaraq vaxtını səmərəli keçirir.

Belə ki, izləyicilərini darıxmağa qoymayan Pərviz Mahmudov instagram layihəyə start verib. "DEMO" adlanan layihədə ilk olaraq müğənni Sevda Yahyayevanın ifasında sevilən "Sevgi etirafı" mahnısı paylaşılıb.

Bəstəkarın öz ifasında səsləndirilən mahnı maraqla qarşılanıb.

Qeyd edək ki, layihədə bəstəkarın 6 musiqisi yer alıb.