Meyxanaçı Namiq Qaraçuxurlu "Xəzər Tv" də yayımlanan "5də 5" verilişində qonaq olub.
starxeber.az xəbər verir ki, aparıcı Zaur Kamal meyxanaçıya "trendə düşən müğənnilərlə duet oxuyarsanmı?" sualını ünvanlayıb.
Namiq isə cavabında bildirib ki, trendə düşmək istəsə düşər:
"Trendə düşmək fikrim olsa, elə özüm oxuyaram da. Duet niyə oxuyum ki?! Trendə düşmək mənim öz əlimdədir. Sadəcə belə şeylər mənim üçün maraqsızdır. Mənim oxuduqlarımın elə baxış sayı milyonu ötür həmişə. Mən indi başqa işlər üçün çalışıram. İfa etdiyim mahnılara sənətkarlar qiymət qoysun istəyirəm".