» » Koronavirusla bağlı son statistika


Dünyada 1 milyon 853 min 357 nəfər koronavirusa yoluxub.

starxeber.az xəbər verir ki, virusdan ölənlərin sayı 114 min 253, sağalanlar isə 423 min 692 nəfər təşkil edir.

Qitələr üzrə birinci yerdə Avropadır. Burada 881 min 110 nəfər koronavirusa yoluxan var. 76 min 768 nəfər isə həyatını itirib.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma halı ABŞ-da müşahidə olunur. Bu ölkədə yoluxma sayı 560 min 433-dür. Ölənlər isə 22 min 115 nəfər təşkil edir.

ABŞ-dan sonra əhalisi koronavirusa yoluxanlar arasında ikinci yerdə 166 min 831 nəfər olmaqla, İspaniya, daha sonra 156 min 363 nəfərlə İtaliya gəlir.