» » “Həyatın dəyərlidir, evdə qal Azərbaycan” -


Azərbaycanda hökm sürən ciddi karantin rejimində  Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan” sosial layihəsi həyata keçirilib.

starxeber.az xəbər verir ki, xüsusilə yaşlı insanlarımızı sevindirən layihənin məqsədi koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar Azərbaycanda davam edən xüsusi karantin rejimi dövründə #evdəqal #bizbirlikdəgüclüyük kampaniyasına dəstək göstərmək olub.

Pandemiya ilə əlaqədar olaraq, əhalinin, xüsusilə də yaşlı insanların sağlamlıqlarının qorunması naminə evdən çıxmaması, evdə qalması çağırışlarının yer aldığı bu layihəyə ölkəmizin tanınmış simaları da qoşulub.

Belə ki, Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Alim Qasımov, Natiq Şirinov, Azərin, Röya, Tünzalə Ağayeva, Əməkdar artistlər Fərqanə Qasımova, Sevda Ələkbərzadə, Aygün Bəylər, Manana Caparidze, Əlixan Səmədov məsafənin qorunması prinsiplərini əsas tutaraq, yurdumuzun yaşlı insanlarının virtual olaraq qonağı olublar.

Sənətçilər öz doğmaları ilə evdən çıxmadan sıx ünsiyyət saxlasınlar deyə, onlara telefon hədiyyə ediblər.