Mənzurə Musayeva da Afaq Bəşirqızının məsələsinə açıqlama gətirən sənətçilərdən olub.
starxeber.az xəbər verir ki, o, Buta.ws-ə özəl açıqlamasında bunları deyib:
"Əlbəttə, Afaq xanımı baltalamaq düzgün deyil. Ola bilsin ki, nədən əsəbləşibsə özünü cilovlaya bilməyib. Bu hadisə hamının başına gələ bilər. Bəlkə də Afaq xanım efir olduğunu bilməyib. Ola bilər ki, sözügedən aparıcı ilə şəxsidə açıq söhbəti olduğu üçün belə danışıb. Əsəbi də ola bilər. Amma ki, anlayışla qarşılamaq lazımdır. Bu məsələni əsas əsəblə əlaqələndirirəm".