» » Azərbaycanlı aktyor vəfat etdi


Sumqayıt Dövlət Dram Teatrının aktyoru Möhtəsim Yusif vəfat edib.

APA  xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətinin katibi Leyla Eynullayeva məlumat verib.

Onun sözlərinə görə, aktyor bu gün vəfat edib. M.Yusifov şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, M.Yusifov 1994-cü ildən Sumqayıt Dövlət Dram Teatrında çalışıb.