» » Küçədən iki günlük körpə tapıldı -


Bakıda küçədən iki günlük qız uşağı tapılıb.

starxeber.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayonun İkinci Alatava küçəsində yerləşən evlərdən birinin qarşısında iki günlük qız uşağı tapılıb. Körpə hüquq-mühafizə orqanları tərəfindən uşaq evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.