» » "Kişilər məndən çəkinirlər" -


"Tikinti ilə bağlı işlərlə məşğul olurdum. Birinci təhsilim beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm. Bina tikmirdim, ev yıxırdım (gülür). Kimsə tikir, "Larisa"  isə yıxır. Kiminsə evini yıxmaq lazımdırsa, müraciət edə bilər".

Bu sözləri aktrisa Çimnaz Sultanova "Üçümüz" proqramında qonaq olarkən deyib. "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə tanınan sənətçi kişilərlə bağlı etiraflar edib. Çimnaz "Kişilər sizdən niyə qorxur" sualına belə cavab verib:


"Deməzdim ki, qorxurlar. Kişilər daha çox məndən çəkinirlər. Sadəcə, rusdilli olduğumdan fikirlərimi düzgün başa sala bilməmişəm. Çox gözəl qonşularım var. Bir problemim olanda, hamısı köməyə gəlirlər. Qonşularıma efir vasitəsilə minnətdarlığımı bildirirəm".