» » 22 yaşlı azərbaycanlı gəncin koronavirusdan öldüyü təsdiqləndi


Diasporla İş üzrə Dövlət Komitəsi İsveç Krallığının paytaxtı Stokholm şəhərində koronavirus pandemiyası səbəbindən vəfat edən 22 yaşlı soydaşımız Amin Salayevlə bağlı məlumat yayıb. 

starxeber.az həmin məlumatı təqdim edir:

"İsveçdə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrindən alınan məlumata görə, artıq bir aydır COVID-19 virusundan müalicə alan gəncin son iki həftədə vəziyyəti daha da ağır olub. Stokholmda yerləşən xəstəxanada bir neçə həftə müalicə alsa da, soydaşımızın həyatını xilas etmək mümkün olmayıb və gənc həmvətənimiz ötən gecə dünyasını dəyişib.

1998-ci ildə İsraildə anadan olmuş, sonradan ailəsi ilə birlikdə İsveçə köçmüş A.Salayev 20 ilə yaxındır İsveçdə yaşayırdı. İsveç Texniki Universitetinin sonuncu kurs tələbəsi idi.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq mərhumun valideynlərinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!”