» » 25 kiloqram kökəlmişdi, çəkisini belə atır…


“Hamiləlikdən sonra arıqlaya bilmirəm”.

starxeber.az xəbər verir ki, bu sözləri bir neçə ay öncə ana olan aktrisa Cəmilə Tağızadə sosial şəbəkədə yazıb:

“Xanımlar hamiləlik kilolarını dərd edir, amma bir az səbr edin, zamanla çəkini atacağıq. Sadəcə karantin bitməyib, hamımız evdəyik. Nə piyada gəzə, nə idmana gedə, nə də az yeyə bilirik.

Övladınıza süd vermirsinizsə, axşam 6-dan sonra az yeyin, bacarırsınızsa, ümumiyyətlə, yeməyin. Unlu, yağlı yeməklərdən uzaq durun. Hər gün qatıq için, şirniyyatı, şəkəri həyatınızdan çıxarın. Çörəyi yeməyin, mən nadir hallarda səhərlər yeyirəm. Hamiləlikdə 50 kq-dan 75 kq-a yüksəldi. İndi isə 70 kiloyam. Gəzmədən, idmansız arıqlamaq mənim üçün çətindir. Normal həyata qayıdan kimi üzgüçülüyə və piyada yürüşlərə başlayacam”.


Qeyd edək ki, sənətçi Murad Temiz adlı türk həkimlə ailə qurub. Onların ötən aylarda oğulları dünyaya gəlib. Cütlük İstanbulda yaşayır.