» » Ramazanın 6-cı gününün duası -


Sabah Ramazan ayının altıncı günüdür.

starxeber.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-da Bakıda imsak saat 04:02-də, iftar isə saat 19:50-dədir.

Ramazan ayının 6-cı gününün duası: "Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin". Tərcüməsi: "İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə.

Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!"

Allah orucunuzu qəbul etsin!