» » Bakıda qaz borusuna çırpılan avtomobil yandı


Bakıda avtomobil qəza törədib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) starxeber.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda "Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb. 

Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.