» » “Sevgi qarşındakını bütün mənfi və müsbətləri ilə qəbul etməkdir”


Müğənni Sevda Yəhyəyevanın nişanlısı Zakirlə yeni fotosu yayılıb. 

Zakir birlikdə Sevda ilə fotolarını belə şərh edib: 

"Sevgi nəyə deyirsən sən? 
Hər bir kəs bu sözün mənasını özünə məxsus şəkildə dərk edir. Kimsə onu arzulayır, kimsə ondan qaçır, kimsə inkar edir, amma bunlara baxmayaq hamı məhz onun axtarışındadır. İnsan onsuz yaşaya bilmir. Bəzən biz ondan qaçır bəzən isə onu qəbul etmirik. 

Məncə bu bir insanın başqa birinə  hiss etdikləridir. Bunu sözlərlə də ifadə etmək olmur. İnsan sevdiyi zaman həqiqətən də xoşbəxtdir. Sanki sən yenə qanadlanmış və dağları belə yarmağa hazırsan. Lakin sevgi yalnız bu deyil, bu həmçinin-qayğı dözüm, qarşılıqlı anlam, sevinc ve hətta kədərdir. Sevginin mahiyyəti sevdiyin insani olduğu kimi, yəni bütün mənfi və müsbətləri ilə qəbul  etməkdir. Görünür ki, sevgi bir sirrdir və bu sirri heç kəs hələ çözə bilmir.

Bunu mən belə anlayıram-sevgi biganəlik deyil! Sən bu istini, sevinci hiss etdikdə anlayirsan ki, onunla keçən hər saniyə boş itirilmiş zaman deyil. Sən ona yaxşılıq ve hər zaman xoşbəxtlik arzulayırsan, kömək etmək istəyirsən mən buna sevgi deyirəm." 

Qeyd edək ki, cütlük mart ayında nişanlanıblar.

///azxeber.com