» » Bergüzar Koreldən 3-cü uşaq etirafı


Türkiyəli aktrisa Bergüzar Korel 3-cü dəfə ana olmaq istəyindən danışıb.

2 ay öncə Xan adlı ikinci övladını dünyaya gətirən aktrisa İnstaqramda canlı yayım açaraq izləyiciləri ilə söhbət edib.

O, hər kəsin ondan qız övlad dünyaya gətirməyi gözlədiyini söyləyib:

“Hamı məndən qız gözləyir. Qismətimdə varsa, qəbulumdur”.

Xatırladaq ki, aktyor Halit Ergeç ilə evli olan aktrisanın 10 yaşında Əli adlı oğlu var.

///axssm.az