» » Avropada daha bir çempionatın bərpa tarixi açıqlandı


Koronavirus pandemiyası səbəbindən dayandırılan Yunanıstan Superliqasının bərpa tarixi açıqlanıb.

Çempionat iyunun 6-da qaldığı yerdən davam etdiriləcək.

Qərar yüksək liqada çıxış edən klubların birgə razılığı ilə qəbul olunub.

Qeyd edək ki, Yunanıstan Superliqasında mövsümün normal hissəsi artıq başa çatıb. İlk "6-lıq"da qərarlaşan komandalar - "Olimpiakos", PAOK, AEK, "Panatinaikos", "Aris" və OFİ pley-offda mübarizə aparacaqlar.
 
///Report