İcra başçısı liseyin pəncərələrini hördürdü:

İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün

Sosial 23-may, 10:44 20

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.  


operativ24.az Yenisabah.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.  


Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.  


“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, - məlumatda qeyd olunub. 


Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.  


Xəbərdə o da vurğulanır ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.  


İcra başçısı onun özəlləşdirərək özünə ev edib.

Oxşar xəbərlər
z