» » Türkiyədə “Xocalı Soyqırımı” ilə bağlı tamaşa nümayiş olundu


Türkiyənin İstanbul şəhərində "XOCALIYA ƏDALƏT" Beynəlxalq kompaniyasında Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş "CƏHƏNNƏMDƏ 8 GÜN" adlı teatr tamaşası təqdim olunmuşdu.

Tamaşa "UMUT OYUNCULARI" Ajansının rəhbəri və kordinatoru Ayhan Ünlü tərəfindən ərsəyə gəlmişdir. Tamaşada Türk və Azərbaycan aktyorları tərəfindən oynanılmışdır. 


Daha sonra "UMUT OYUNCULARI" Ajansın direktoru Ayhan Ünlünün  təşkilatçılığı və rəhbərliyi tərəfindən təşkil olunan  "EMEDIA GROUP" un  "XOCALI TARİXİN QAN YADDAŞI" adlı rəsm sərgisi baş tutmuşdur. Layihələrə verdiyi maddi və mənəvi dəstəyə görə və Xocalı Soyqırımına göstərdikləri diqqətə görə Ajansın direktoru Ayhan bəyə bir daha dərin təşəkkürümüzü bildiririk. 


Var olsun Qardaş Türkiyə.