» » Ad gününü karantində keçirən Tolik:


Bu gün tanınmış prodüser və teleaparıcı Tarix Əliyevin doğum günüdür. 


Showxeber.Az xəbər verir ki, Bu haqqda AZXEBER.COM-a danışan məşhur ad gününü tək keçirdiyini deyib. 

"Dövlətimizin hər bir vətəndaş üçün qoyduğu qanun var. Mən də ona əməl edirəm. Bakıda sərt karantin rejimi tətbiq olunur. Ona görə ad günümü tək keçirirəm. Gecə də tortumu kəsdim. İki günlük ərzaqımı da almışam, hazırda evdəyəm. Bu gün mənlə yanaşı Fidan Qasımova və Firəngiz Mütəllimovanın da ad günüdür. İki böyük sənətkar evdə otururub, mən onların yanında balacayam. 


Tolik özünə arzusunu da dilə gətirib: "Özümə ən böyük arzum gələn il ad günümü ailəmlə birlikdə keçirməkdir”.


Tolik iki günlük karantin rejimi ilə əlaqədar rayonlara üz tutan məşhurları tənqid edib: 
"Bəzi məşhurlar iki günlük rayonlara gedərək, sosial şəbəkədə postlar paylaşır. Guya bunlar adi vətəndaşlardan üstündür. Məşhurluq statuslarından istifadə etməsinlər. Məncə elə birinci elə insanlar cərimələnməlidir. Bu rejim Türkiyədə də tətbiq olundu, amma görmədim ki, hansısa məşhur İstanbuldan çıxıb getsin. Bizim məşhurların belə görməmişliyi olmaya da”.


Qeyd edək ki, produser-aparıcı Tarix Əliyevin 41 yaşı tamam olur.