» » "Evdə hər şey düz gedəndə mənə ləzzət etmir"


"Bizim hər günümüz romantikdir. Küsüb, sonra barışmağın da, onu romantik ab-hava ilə yaşamağın da öz ləzzəti var. Evdə hər şey yolunda gedəndə mənə ləzzət etmir".

Bu sözləri müğənni Səidə Dadaşova "Hüseynova bacıları" verilişində deyib.

Həyat yoldaşı ilə bağlı sualları cavablandıran sənətçi bildirib ki, əri onun fanatı olub:

"Gərək hər şeyi çətinliklə əldə edəsən, mübarizə aparasan. Asanlıqla əldə etdiyini, asanlıqla da buraxacaqsan. O məni çətinliklə əldə etdi. Müğənniyəm, sənətdəyəm, məni səhnədə görüb bəyənib. Əvvəl vurğunum olub. İlk dəfə toyda mənə yaxınlaşıb. Gəldi şəkil çəkdirdik, ondan sonra başladıq. Yoldaşım dövlət qulluqçusudur".