» » "Altın Kelebek" yenə də Röyaya qismət oldu


Ötən gün 46-cı “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi yeni formatda baş tutub.

starxeber.az xəbər verir ki, Covid-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimində iştirakçılara mükafatları əvvəlcədən göndərilib. Bu il Azərbaycandan "Altın kelebek"in qalibi Xalq artisti Röya Ayxan olub. Müğənni artıq ikinci dəfədir ki, "Azərbaycanın ən parlaq ulduzu" seçilir.  Qeyd edək ki, mükafata namizədlər arasında Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva yer alırdı.