» » "Övladlarımın üçü də orduya yazılıb" -


Müğənni Roza Zərgərli övladlarının Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçdiyini bildirib.

starxeber.az xəbər verir ki, sənətçi bir neçə gün əvvəl hərbi xidmətdən gələn Jerar və böyük övladı Corcla yanaşı qızı Bənövşənin bu addımı atdığını söyləyib:
"Onların bunu edəcəyindən xəbərim yox idi. Məndən gizlin gediblər. Övladlarımla qürur duydum. Onların vətən sevgisinə heyran oldum.
14 ilə yaxındır ki, uşaqlarımın birliyi üçün çalışıram. Demək, bunu bacarmışam. Üçünüzlə də qürur duyuram. Güc birlikdədir.
Bənövşəyə deyirəm ki, oğlanları başa düşdüm, sən nə üçün etdin? Gedib cəbhədə nə edəcəksən? Deyir ki, tibb bacısı kimi çalışacam".