» » Bu aparıcı ARB-dən


Aparıcı  İsa Şükürov ARB TV ilə yollarını ayırıb.


starxeber.az  xəbər verir ki, aparıcı bu barədə "İnstagram" sosial şəbəkədəki səhifəsində status verib.

Məşhur aparıcı bu sözləri yazıb: 

"Bilirsiz ki, ARB TV-də 3 il ən reytinqli verilişlərdən birinin rəhbəri idim. "Show News" mənim yaratdığım bir brenddir. Onun saytı, yarım milyonluq "Instagram" səhifəsi var idi. Bu işi genişləndirərək, televiziya layihəsi də etmişdim. Həftənin 5 günü ölkədə və dünyada baş verən ən son şou xəbərlərini tamaşaçılara çatdırırdıq. Hazırda "Show News"un televiziya layihısini ARB TV-də dayandırmaq qərarına gəldik”.


Qeyd edək ki, İsa Şükürov ARB TV-də həftə içi hər gün yayımlanan "Show news" verilişinin layihə rəhbəri və aparıcısı idi.