» » Yeni mövsümə belə başladı -


Müğənni Roza Zərgərli yeni mövsümə obyektiv qarşısına keçib.


starxeber.az xəbər verir ki,  o, yeni fotosessiyasında dörd fərqli obraz yaradıb. Zərgərlinin fərqli şəkillərinin müəllifi fotoqraf Elmir Mikayılovdur. Sənətçinin stili üzərində Babək Qədirov çalışıb. 


Müğənni bildirib ki, yeni mövsüm üçün hazırlıqlara artıq başlayıb:

"Bu, sadəcə mövsümün başlanğıcıdır. Bundan sonra fotosessiyalar da, maraqlı layihələr də çox olacaq. Karantində sakit oturmadım, bütün günü yeniliklər düşünürdüm. Yeni fotosessiyam səssizliyimi pozmağım olsun. Qarşıda mahnılar və kliplər var".


Qeyd edək ki, ifaçı çəkiliş məkanı olaraq atçılıq mərkəzini seçib.