» » Moskvada “Radio 7”nin erməni aparıcısı öldü -


“Radio 7 yeddi təpəlikdə” proqramının aparıcısı Ruben Akopyan Rusiyanın paytaxtı Moskva şəhərində 48 yaşında vəfat edib.

OPERATİV24.AZ  xəbər verir ki, bu barədə “Radio 7” radiostansiyanın saytında məlumat yayılıb.
Akopyan “Bir dəfə şəhərdə” axşam şousuna ev sahibliyi edib. Radio həmkarları onun 25 il radioda işlədiyini qeyd edib.

“Starhit”in verdiyi məlumata görə, radio aparıcısı ürək tutması səbəbiylə ölüb.

Ruben 1972-ci ildə Ermənistanda anadan olub. İrəvan Dövlət Universitetinin məzunudur. Rus dili və ədəbiyyatı müəllimi peşəsinə yiyələnib. 2009-cu ildən bu yana Radio 7-də çalışıb.

Radio həmkarları Akopyanın ailəsinə və yaxınlarına başsağlığı veriblər. Aparıcının İnstagramdakı yazılarının altında pərəstişkarları və dinləyicilərindən minnətdarlıq və başsağlığı mesajları da müntəzəm olaraq görünür.

Aprel ayında “Rusiya radiosu”nun baş redaktoru Yuliya Larionovanın Moskvada öldüyü bildirilib. İlkin məlumata görə, ölümün səbəbi xərçəng olub.

Haşiyə: Xaricdə yaşayan ermənilərin ürək tutmasından ölmələri hələ çox olacaq. Şuşada, Xankəndidə Azərbaycan bayrağının sancılmasına çətin ki, dözələr. 30 ildir bizim də bir çox insanlarımız yurd nisgilindən bu həyatdan köçüblər. İndi növbə onlarındır…//konkret.az