» » Rusiya Azərbaycana uçuşları bərpa edir


Rusiya aviaşirkətlərinə 24 ölkəyə müntəzəm uçuşların yerinə yetirilməsinə icazə verilib.

 starxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) qərar qəbul edib.

Uçuşların icazə verildiyi ölkələr arasında Belarus, Böyük Britaniya, Misir, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, BƏƏ, Türkiyə, Tanzaniya, Azərbaycan, Almaniya, Yunanıstan, İsrail, İspaniya, İtaliya, Kipr, Çin, Malta, Niderland, Səudiyyə Ərəbistanı, Türkmənistan, Çexiya, Özbəkistan, Ermənistan yer alıb.