» » Azərbaycanda daha 11 şagird koronavirusa yoluxub,


Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən starxeber.az-a bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.
Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş sinigflərin sayı isə 3-dür.

Daha 1 məktəb də distant təhsilə keçib. 
İndiyə qədər ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.