» » Aleksander Qogiç: "Azərbaycanla matça hazır olmaq üçün çalışacağıq"


 "Kipr millisinin üzvü olduğum üçün fəxr edirəm. Uşaqlıq xəyalım gerçəkləşir".

starxeber.az  xəbər verir ki, bu fikirləri Kipr yığmasının futbolçusu Aleksander Qogiç yoldaşlıq görüşündə Çexiya, UEFA Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmaları ilə oynayacaqları matçlardan öncə mətbuat konfransında deyib.   

26 yaşlı müdafiəçi ötən ay yığmada debüt etməli olduğunu, lakin koronavirus testi müsbət nəticələndiyindən bu istəyinin alınmadığını bildirib: "Baş məşqçinin dediyi kimi hər üç matça hazır olmaq üçün çalışacağıq". 

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək. Komanda bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də isə Albaniyada Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.